“The Expendables 4” filminin çəkilişi zamanı üç nəfər yaralandı


The Expendables 4” filminin çəkilişi zamanı ehtiyatsızlıqdan üç nəfər yaralanıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Yunanıstan telekanalı xəbər yayıb. Verilən məlumata görə, sözügedən filmin çəkilişində 3 ekipaj üzvü yaralanıb. Onlardan ikisi texniki, üçüncüsü isə Ceyson Stethem-in kaskadyorlarından biridir. Bildirilir ki, yaralılardan biri gəmidən yıxılıb və hazırda vəziyyəti ağırdır. Kaskadyor operatorla toqquşaraq, digər şəxs isə avtomobildən maşına tullanan zaman xəsarət alıb.
Qeyd edək ki, hazırda "The Expendables 4" filminin çəkilişləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top