Putin və Bayden arasında görüş keçirilə bilər


Rusiya prezidenti Vladimir Putin gələn ilin əvvəlində ABŞ-lı həmkarı Co Baydenlə görüşə bilər.
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə bağlı “Kommersant” qəzeti məlumat yayıb.
“Təfərrüatlar hələ tam razılaşdırılmayıb və buna görə də nə Kreml, nə də Ağ Ev təfərrüatları açıqlamağa tələsmir”.
Qəzetdən bildirilir ki, bu ilin sonuna qədər dövlət başçılarının videokonfrans formatında söhbəti ehtimalı da var.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva və Vaşinqton iki lider arasında görüşə ehtiyac olduğunu başa düşür, lakin hələlik dəqiq şərtlər yoxdur.
Öz növbəsində, Ağ Ev də Rusiya və ABŞ prezidentləri arasında ilin sonuna qədər danışığın mümkünlüyü barədə məlumata malik olmadığını bildirib.
Qeyd edək ki, Vladimir Putin və Co Bayden arasında ilk görüş iyunun 16-da Cenevrədə baş tutub. Rusiya və ABŞ kibertəhlükəsizlik, məhbus mübadiləsi və silahlara nəzarət üzrə məsləhətləşmələrə başlamaq niyyətində olduqlarını bildiriblər.
 

DİGƏR XƏBƏRLƏR

Top