Zakir Həsənov Moskvadadır - FOTO


Rusiyada işgüzar səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti  iclasında iştirak edib.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar.

Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top