Xəzərdə dalğanın hündürlüyü 5,4 metrə çatdı - FAKTİKİ HAVA - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti noyabrın 10-u saat 21.00-a qədər ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Yeniavaz.com-a verilən məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, Şəki, Quba, Qusar, Şabran, Xınalıqda yağış yağıb, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Küləyin maksimal sürəti Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Ağstafada 20 m/s, Altıağac, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 32 m/s, Pirallahıda 30 m/s, Binədə 28 m/s, Neft Daşları, Çilov adasında 29 m/s, Ələt, Sumqayıtda 23 m/s- dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.


***17:26
Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan Yeniavaz.com-a verilən məlumata görə, noyabrın 10-u saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişmiş, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Küləyin maksimal sürəti: Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top