Polis saxta COVID pasportunu xəstəxananın vəzifəli şəxsləri ilə birgə satıb


Neftçala rayon Polis Şöbəsinin əməkdaşının xidməti fəaliyyəti ilə bağlı təhkim olunduğu xəstəxanada vəzifədə olarkən saxta COVID-19 pasportu satması faktı ilə bağlı cinayət işi başlanılıb.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Neftçala rayon Polis Şöbəsinin sabiq əməkdaşı Elmar Xankişiyevin Neftçala RMX-nın vəzifəli şəxsləri ilə əlbir olaraq ayrı-ayrı şəxslərə saxta COVID-19 pasportu vermələri müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, Elmar Xankişiyev daxili işlər orqanlarında xidmətdən xaric edilib.

DİGƏR XƏBƏRLƏR

Top