Sumqayıtda restoranda gənc oğlan faciəvi şəkildə öldü


Noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadənin Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, aparılan araşdırma zamanı müəyyən edilib ki, Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top