BDU-nun daha bir professoru vəfat edib


Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Məhərrəm Nəcəf oğlu Məhərrəmov vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, məlumat BDU tərəfindən verilib. Məlumatda qeyd olunur ki, professor 84 yaşında dünyasını dəyişib.
M.Məhərrəmov 1955-1960-cı ildə BDU-nun Kimya fakültəsində təhsil alıb. 1963-cü ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1986-cı ildə professor elmi adı alıb. 1963-cü ildən BDU-nun Üzvi kimya kafedrasında elmi və pedaqoji fəaliyyətə başlayıb. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 250 elmi məqalənin, o cümlədən, 25 müəlliflik şəhadətnaməsinin və patentin müəllifi olub. Əməkdar müəllim fəxri adına layiq görülüb, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilib.
Qeyd edək ki, ötən gün universitetin Nizami Xəlilov adlı bir professoru daha vəfat etmişdi. 73 yaşlı professor 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub.

DİGƏR XƏBƏRLƏR

Top