Saleh Rüstəmovun həbsxanda vəziyyəti pisləşib?


Sosial şəbəkələrdə 2018-ci ildə həbs edilən Saleh Rüstəmovun həbsxanda vəziyyətinin pisləşməsi ilə bağlı məlumatlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, məlumatda onun ölüm aclığının dördüncü günündə olduğu bildirilib.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən məlumat almağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, 2019-cu ilin 27 fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya vətəndaşı Saleh Rüstəmovun 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.

DİGƏR XƏBƏRLƏR

Top