Jurnalist Türkiyə ilə bağlı sual verdi, Yunanıstanın Baş naziri özündən çıxdı – VİDEO


Yunanıstanın Baş naziri Mitçotakis mətbuat konfransında hollandiyalı jurnalistin Türkiyə barədə verdiyi suala əsəbiləşib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitçotakis dünən Afinada Hollandiyanın Baş naziri Mark Rutteni qəbul edib. Görüşdən sonra keçirilən mətbuat konfransında hollandiyalı jurnalist Yunanıstanın miqrantları Egey dənizindən Türkiyəyə qaytarması ilə bağlı Baş nazirə sual verib:
 “Cənab Baş nazir, Yunanıstanda miqrantların başına gələnlərlə bağlı yalan danışmağa nə vaxt son qoyacaqsınız?”
Həmin sualdan sonra Baş nazir jurnalist ilə mübahisə edərək bildirib ki, miqrant böhranının səbəbkarı Türkiyədir:
 “Mən görürəm ki, Hollandiyada birbaşa siyasətçilərə sual vermək ənənəsi var və mən buna hörmət edirəm. Amma hörmət etmədiyim odur ki, bu binada məni, Yunanıstanı və yunan xalqını təhqir edirsiniz”. 

DİGƏR XƏBƏRLƏR

Top