
Gürcüstan hakimiyyəti Saakaşvilini məhkəmə iclasına buraxmaqdan imtina edib.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin vəkili David Sadzaqlişvili məlumat verib.
***11:22
Mixail Saakaşvilinin vəkili siyasətçinin məhkəməyə buraxılmayacağını deyib.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, vəkil David Sadzaqlişvili hesab edir ki, Mixail Saakaşvili 2007-ci ildə keçirilən mitinq və talanların dağıdılması prosesinə görə məhkəmə zalına buraxılmaya bilər.
"Biz düşünürük ki, onlar Mixail Saakaşvilinin olmasına imkan verməyəcəklər. Çünki hökumət qorxur, panikaya düşüb. Onlar qorxurlar ki, Saakaşvilinin xalqla danışmaq imkanı olacaq”.
Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-də 8 illik mühacirətdən sonra geri qayıtdığı Gürcüstanda həbs edilib.