Borcu olan qazanxanalara qaz verilməyəcək - Baş direktordan AÇIQLAMA


“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə 25 milyon manat borcu var. 
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, qazın açılışının təmin olunması üçün “Azəristiliktəchizat” ASC tərəfindən “Azəriqaz” İB-yə müraciət olunmalıdır:
“Bizdə olan məlumata görə, hazırda ölkədə 506 qazanxana fəaliyyət göstərir. “Azəristiliktəchizat” ASC tərəfindən müraciət olduqda borcu olmayan qazanxanalar üzrə qazın açılışını təmin edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top