Azərbaycan filmi Tokioda mükafata layiq görülüb


Hilal Baydarovun rejissoru olduğu “Durna Çırağı” filmi 4-cü Tokio Beynəlxalq Film Festivalının laureatı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə festivalının rəsmi saytında məlumat verilib.
Bildirilib ki, “Durna Çırağı” filmi bədii töhfəsinə görə festivalın mükafatına layiq görülüb.
Qeyd edək ki, Tokio Film Festivalınının müsabiqə proqramına Azərbaycan, Albaniya, İran, Qazaxıstan, Çin, Cənubi Koreya və Yaponiyadan ümumilikdə 15 film təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top