Yaponiyanın yeni baş naziri seçildi - YENİLƏNİB


Yaponiyada keçirilən seçkilərdə Liberal Demokrat Partiyasının sədri Kişida Fumio yenidən baş nazir olub.
Yeniavaz.com
AA-ya istinadla xəbər verir ki, 465 yerlik parlamentdə 261 mandata sahib LDP-nin namizədi Kişida Yaponiyanın 101-ci Baş naziri seçilib.
Qeyd edək ki, Kişida parlamentdəki səsvermə zamanı 297 səs toplayıb.

***10:44
Yaponiya hökumətinin tam istefa verdiyi açıqlanıb.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə məlumatı Yaponiya hökuməti yayıb. Verilən məlumata görə, yeni baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclası keçiriləcək. Hakim Liberal Demokrat Partiyasının çoxluğu ilə Fumio Kişidanın yenidən 101-ci baş nazir olacağı gözlənilir. Həmçinin, Baş nazirin 30 trilyon yen (265 milyard dollar) dəyərində olan koronavirusa qarşı cavab tədbirləri və iqtisadi bərpa paketinə diqqət yetirəcəyi gözlənilir. Tədbirlər paketinin noyabrın 19-dək formalaşdırılması planlaşdırılır.
Qeyd edək ki, bu kabinet oktyabrın 4-də Fumio Kişidanın baş nazir seçilməsindən sonra formalaşıb.
Xatırladaq ki, parlamentin iclası noyabrın 10-dan 12-dək davam edəcək. Daha sonra gözlənildiyi kimi parlament yenidən növbədənkənar iclasa çağırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top