İdarədə polislərdən 80 manat yığılmasının görüntüləri yayılıb - VİDEO + DİN-dən AÇIQLAMA


Sosial şəbəkələrdə polis orqanlarında əməkdaşlardan pul tələb olunduğu əks olunan video yazı yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrlarda danışan şəxsin əyləşdiyi kürsünün önündə Daxili İşlər Nazirliyinin (DİN) gerbi var. Həmçinin videonun sonlarına yaxın məkanda əyləşənlərdən bir neçəsinin polis işçisi geyimində olduğu aydın görülür.
Yayılan görüntülərdə danışan şəxs digər polis əməkdaşlarına tutulacaq məvacibin 80 manat olacağını deyir. Pulun hadisənin baş verdiyi gündə, ən geci həmin günün sabahı gətirilməsi tapşırılır.
Məsələ ilə bağlı DİN-dən Yeniavaz.com-un sorğusuna cavab verilib. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, hadisə 3 il əvvəl baş verib.
““Tik-tok”-da yayılan görüntülərdən məlumatlıyıq. Görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə Daxili İşlər Orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib. Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.

DİGƏR XƏBƏRLƏR

Top