Malatyada binanın çökməsi ilə əlaqədar 4 nəfər saxlanılıb


Türkiyənin Malatya şəhərində çökən bina ilə bağlı ölkənin daxili işlər naziri Süleyman Soylu və səhiyyə naziri Fahrettin Koca açıqlama verib. 
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, hadisə nəticəsində heç bir itkinin olmadığı bildirilib: 
“Xəstəxanaya aparılan 13 nəfərdən 8-i evə buraxıldı. Axtarış-xilasetmə işləri isə artıq bitdi. Allaha şükür itkimiz olmadı”.
Hadisənin binada aparılan icazəsiz təmir işləri səbəbilə baş verdiyi qeyd olunub. Təqsirkar bilinən 4 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top