Çin COVID-19-a qarşı yeni dərman istehsal etdi


Çin yeni növ koronavirusa (COVID-19) qarşı istehsal edilən dərman və müalicə vasitələrinin bəzilərinin klinik sınaqlarında ümidverici nəticələr verdiyini açıqlayıb.
Yeniavaz.com
“CNN Türk”ə istinadla xəbər verir ki, bu barədə Pekin Genomika üzrə Qabaqcıl İnnovasiyalar Mərkəzinin direktoru Sunniy Şi məlumat verib. O bildirib ki, COVID-19-un bütün variantlarına qarşı "DXP-604" adlı tam təsirli antikor kəşf edilib. Pekin Ditan xəstəxanasında bu antikordan istifadə edilərək istehsal edilən dərmanın ikinci sınaq mərhələsinə başlanılıb.
Sunniy həmçinin deyib ki,14 xəstə üzərində sınaqdan keçirilən dərman virusun simptomlarını aradan qaldırmaqda uğur qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top