Sumqayıtdakı müəssisələrin birində partlayış olub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti olan "STP AH" MMC-də baş verib.Müəssisədəki metaləridən qazanda əmələ gələn qazın dalğasından partlayış yaranıb. Orada olan 3 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.