Portuqaliyada müdirlərə yeni qadağa qoyur – işçilərə zəng edə bilməyəcəklər


Portuqaliya parlamentində işəgötürənin iş saatları xaricində işçiyə zəng və ya mesaj göndərilməsini qadağan edən qanun qəbul edilib.
Yeniavaz.com xəbər verir ki, müdirlər iş saatları xaricində işçilərlə əlaqə saxladıqları üçün cərimə ala bilərlər.
Şirkətlər həmçinin “biznes xərcləri” adı altında işçilərinin elektrik və internet haqqlarını ödəməyə kömək etməlidirlər.
Həmçinin dəyişdirilmiş qanuna tənhalıqla mübarizə tədbirləri də daxildir. Belə ki, işəgötürən ən azı iki ayda bir dəfə tabeliyində olan işçilərlə şəxsi görüşlər təşkil etməlidir.
Ölkə hökuməti hesab edir ki, uzaqdan işləmək üçün yeni qaydalar Portuqaliyaya fayda verəcək.
Qeyd edək ki, qanuna edilən dəyişikliklər işçilərin sayı 10 nəfərdən çox olmayan şirkətlərə şamil edilməyəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top