Mingəçevirdə 9 Noyabr - Bayraq günü qeyd olundu - FOTOLAR


Mingəçevirdə Heydər Əliyev meydanında Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunub.
Yeniavaz.com
xəbər verir ki, ilk olaraq məktəblilər əllərində tutduqları dövlət bayrağını tədbirin keçirildiyi meydana gətiriblər. Tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ictimaiyyətinin nümayəndələri və hüquq-mühafizə orqanlarının rəhbərləri onları alqışlarla qarşılayıb. Bundan əlavə, Bayraq günü münasibətilə təşkil olunmuş tədbirdə şəhər musiqi məktəblərinin, incəsənət ustalarının, uşaq gənclər və inkişaf mərkəzinin şagirdləri öz məharətlərini nümayiş etdiriblər.
Həmçinin tədbirdə Dövlət Bayrağına həsr olunmuş şeirlər, mahnı və rəqslər də ifa olunub.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top