Ermənistan xarici işlər naziri də Parisə gedir


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisə işgüzar səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Mirzoyan noyabrın 10-12-də "UNESCO"nun Baş Konfransının 41-ci sessiyasında iştirak edəcək. Bu sessiya çərçivəsində qurumun 75 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bundan başqa Mirzoyan IV Paris Sülh Forumunun açılışında da iştirak edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov artıq Fransaya gedib. O "UNESCO"nun Baş Konfransının 41-ci sessiyasında çıxış edəcək, həmçinin rəsmi şəxslərlə bir sıra ikitərəfli görüşlər də keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top