Kremldən üçtərəfli görüşlə bağlı daha bir AÇIQLAMA


“Dağlıq Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümü ilə əlaqədar Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün konkret tarixi hələ müəyyən edilməyib”.
Yeniavaz.com
“РИА Новости”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov üçtərəfli görüş ilə bağlı razılıq əldə olunarsa, bu barədə məlumat verəcəyini deyib.
Xatırladaq ki, hələ oktyabrın 22-də “Aliq Media” xəbər verib ki, Ermənistan və Azərbaycan liderləri noyabrın 9-da Moskvada iki yeni sənəd imzalayacaqlar. Ertəsi gün “РИА Новости” də öz mənbələrinə istinadən liderlərin Moskvada mümkün görüşü barədə yazıb. Qeyd olunub ki, noyabrın birinci ongünlüyündə Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tuta bilər. Verilən məlumata görə, danışıqlardan sonra üçtərəfli bəyanatların imzalanması gözlənilir. Sənədlərdən birinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına, digəri isə regionda nəqliyyat-kommunikasiyalarının açılmasına dair olacağı bildirilib.
Qeyd edək ki, Noyabrın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində noyabrın 9-da keçiriləcəyi deyilən üçtərəfli görüşlə bağlı heç bir razılaşmanın olmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top