Ordumuzun zabiti Türkiyədə vəfat edib - RƏSMİ


Türkiyə Respublikasında komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə  başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top