Bir həftədə Peruda ikinci nazir istefa verdi


Perunun müdafiə naziri Valter Edison Ayala Qonzales istefa verdiyini açıqlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə müdafiə naziri öz “Twitter” hesabında məlumat verib.
“Vəzifəmi Respublika Prezidentinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına təhvil verirəm, ölkəmə təşəkkür edirəm”.
Qeyd edək ki, noyabrın 2-də Perunun daxili işlər naziri Luis Barransuela da istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top