Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Yeniavaz.com AA-ya istinadən xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Xatırladaq ki, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.
Qeyd edək ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi.