Hulusi Akar şəhid Valeh Məmiyevdən danışarkən kövrəlib: "Söz vermişdi..."


“Türkiyədə bir təlim zamanı Baş leytenant Valeh Məmiyevlə danışmışdım. Demişdim ki, bu təlimlər əhəmiyyətlidir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir, sənin vəzifən budur. O da söz vermişdi”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.
Mətbuat konfransında kövrələn H. Akar deyib ki, V. Məmiyev Vətən müharibəsində yaralanıb: “Yaralanan zaman da xəstəxanada “Verdiyim sözü yerinə yetirdim” deyib. Bu, gerçəkdən də bizim üçün böyük xatirədəir”.
Qeyd edək ki, Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Oktyabrın ayının 23-də isə aldığı yaradan şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top