Laçın dəhlizi bağlanıb - Erməni jurnalistdən iddia - FOTO


Erməni jurnalist və politoloq Tatul Hakobyan Xankəndidən Şuşa və Ermənistana gedən yolun bağlandığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Facebook” profilində paylaşım edib:
“Hazırda Xankəndidən Şuşa və Ermənistana gedən yol bağlıdır. Açılmasını gözləyirik. Səbəbini bilirəm, amma Rusiya sülhməramlıları da daxil olmaqla rəsmi izahat olmayana qədər yazmayacağam”.
Qeyd edək ki, Xankəndidən Ermənistan Respublikasına gedən yol Laçın dəhlizindən keçir.

DİGƏR XƏBƏRLƏR

Top