Azərbaycanlı rəssam Moskvada vəfat etdi


Azərbaycanın tanınmış rəssamı Abbas Kazımov Moskvada vəfat edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu gün tanınmış azərbaycanlı rəssam Abbas Kazımov Moskva xəstəxanalarından birində koronavirusdan vəfat edib.
Qeyd edək ki, Abbas Kazımov 1956-cı ildə Bakıda anadan olub. O, Şərq mədəniyyəti ilə klassik təsviri sənət məktəbini birləşdirən unikal texnikanın müəllifi olub. Rəssamın əsərləri Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Avropa ölkələri və ABŞ-da təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top