“Səhvlərimiz bizə baha başa gəldi” – Ermənistan parlamentinin spikeri


“Dağlıq Qarabağda 44 günlük müharibənin başa çatmasının ildönümü keçdiyimiz yolu dərk etmək, öz səhvlərimizdən nəticə çıxarmaq üçün daha bir səbəb oldu”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 44 günlük müharibənin şəraitini araşdırmaq üçün yaradılacaq komissiya bir çox suallara cavab verəcək.
“Biz bu böyük ağrıya göz yuma bilmərik. Bizə baş verən hər şeyi uzun və hərtərəfli təhlil etmək lazımdır. Səhvlərimiz bizə baha başa gəldi”.
Qey edək ki, Simonyan komissiyanın tezliklə işə başlayacağını da sözlərinə əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top