“Sülhməramlılar həmişəlik Qarabağda qalsın” – Ermənistan prezidenti


Ermənistan prezidenti Armen Sarkisyan Rusiya sülhməramlılarının Qarabağda olmasını son dərəcə vacib adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu fikirləri “Аргументы и факты” qəzetinin redaktoru İqor Çernyaka verdiyi müsahibəsində səsləndirib.
Sarkisyan Rusiya sülhməramlılarının bölgədə nə qədər müddətə olması barədə suala “Həmişəlik” cavabını verib:
“Həmişəlik! Bilmirəm, mənim emosiyamı tərcümə etmək üçün düzgün söz tapacaqsınızmı?! Rus ordusu onilliklər, əsrlər boyu bu ərazidə olub”.
Qeyd edək ki, Sarkisyan Rusiya rəhbərliyinə bölgəyə qoşun yeritmək barədə çətin qərara görə də təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top