Yaponiya 9 peyk daşıyan "Epsilon-5"i kosmosa göndərdi - VİDEO


Yaponiya kosmosa dair fəaliyyət göstərən təhsil müəssisələrini təşviq etmək məqsədli 9 peyk daşıyan “Epsilon-5” raketini kosmosa göndərib.
Yeniavaz.com
AA-ya istinadla xəbər verir ki, bu barədə Yaponiya Kosmik Tədqiqatlar Agentliyi xəbər yayıb. Agentlik bildirib ki, 10 institut tərəfindən istehsal edilən raketin diametri 2,6 metr, uzunluğu 26 metr, çəkisi isə 96 tondur. Həmçinin, raketin bərk yanacaqdan istifadə etdiyi bildirilib.
Qeyd edək ki, “Epsilon-5” raketinin 5,8 milyard yen (51 milyon dollar) qarşılığında istehsal edildiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top