ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ


ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatının imzalanmasının ildönümü münasibətilə rəsmi Bakı və İrəvana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) xətti də daxil olmaqla, münaqişə ilə bağlı bütün qalan məsələləri həll etmək üçün əlaqələrin intensivləşdirilməsinin zəruriliyinə işarə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun sözçüsü Ned Prays yazılı açıqlama verib.
"Biz Ermənistan və Azərbaycanı həll olunmamış bütün məsələlərin kompleks həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla, qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq", - deyə, Ned Praysın yazılı bəyanatında bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top