“Azərbaycan ordusunun 30 ilə yaxın davam edən erməni işğalına son qoyulmasında Türkiyə PUA-ları əsas rol oynayıb. Onlar döyüş meydanında ən təsirli silahlardan birinə çevrildi”.
Yeniavaz.com xəbər verirki, bu barədə “TRT Haber” telekanalının reportajında qeyd olunub. Bildirilib ki, AzərbaycanınTürkiyədən aldığı PUA-lar Qarabağda qələbə qazandıran mühüm elementlərdən biri olub:
“PUA-lar 44 günlük müharib əzamanı bütün cəbhələrdə istifadə olundu. Ən ağır döyüş şəraitində 3000 saat xidmət etdi və dəqiq atışlarla 900-ə yaxın hədəfi vurdu. Bu göstəricilər həmçinin dünyanın da diqqətini çəkib”.