Polşa Belarus sərhədinə qoşun yığdı


Polşa Belarusla sərhəddə yaranmış vəziyyətlə əlaqədar qoşunların döyüş hazırlığını artırıb.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər  verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak öz tvitter səhifəsində paylaşım edib. O bildirib ki, Polşa sərhəddə miqrantlarla bağlı vəziyyətə görə qoşunların döyüş hazırlığı artırıb:
 “Artıq 12 mindən çox əsgər Belarusla sərhəddə xidmət edir. Biz hazırlıq səviyyəsini yüksəltmişik. Ərazi Müdafiə Qoşunlarının 1-ci, 2-ci, 4-cü briqadalarının əsgərlərinin yüz faizi 6 saatlıq fəaliyyətə hazır vəziyyətdədir. Əsgərlər! Forma və rabitə vasitələrini yoxlayın, və yaxınlarınıza məlumat verin".

DİGƏR XƏBƏRLƏR

Top