Pakistanda televiziya kanallarına Kəşmirlə bağlı əmr verilib


Pakistanda televiziya kanallarına Kəşmiri xəritələrdə mübahisəli ərazi kimi qeyd etmək, axşam xəbərlər proqramına qədər inzibati xəritəni göstərmək əmr edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Geo TV” Pakistanın Elektron Medianın Tənzimlənməsi Departamentinə istinadən məlumat yayıb:
“Bütün xəbər kanalları (dövlət və özəl) axşam xəbərlər proqramı başlamazdan əvvəl iki saniyə ərzində müntəzəm olaraq Pakistanın siyasi xəritəsini nümayiş etdirməlidir”.
Qeyd edək ki, Kəşmir 1947-ci ildə dini zəmində Hindistan və Pakistan arasında bölündüyü vaxtdan bəri mübahisə mövzusudur. Hazırda bölgədə dövlət sərhədi yoxdur, ərazi nəzarət xətti ilə bölünüb.

DİGƏR XƏBƏRLƏR

Top