Rusiyada bu gündən etibarən koronavirusa qarşı yeni peyvənd sertifikatı veriləcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, sənəd rus və ingilis dillərində, həmçinin elektron və kağız formasında olacaq. Yeni sertifikatda peyvənd və onun tibbi əks göstərişləri, sertifikatın sahibi haqqında ətraflı məlumatlar yer alacaq. Bundan əlavə, sənəd cihazlarla oxuna bilməsi üçün QR kodla təchiz olunub.
Qeyd edək ki, əvvəl verilən sertifikatlar 2022-ci il martın 1-dək avtomatik olaraq yenidən rəsmiləşdiriləcək.