Putin ABŞ Kəşfiyyat İdarəsinin direktoru ilə danışıb


Rusiya prezidenti Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə telefonda danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bildirilir ki, tərəflər Rusiya ilə ABŞ arasında münasibətləri, diplomatik təcrübədəki böhranı, regional münaqişələri və kibertəhlükəsizliyi müzakirə ediblər.
Qeyd edək ki, Börns Amerika nümayəndə heyəti ilə birlikdə noyabrın 2-3-də Moskvada olub. 

DİGƏR XƏBƏRLƏR

Top