Ermənistanı tərk edənlərin sayı artır


İqtisadi vəziyyətin çətin olması və müharibədəki məğlubiyyət çoxlu sayda ermənini ölkəni tərk etməyə sövq edir.
Yeniavaz.com
“Eurasianet”ə istinədən xəbər verir ki, cari ilin təkcə birinci rübündə ölkəni 63 713 insan tərk edib.
Rəsmi məlumatlara görə, 2021-ci ilin üç rübündə ölkəni tərk edənlərin sayı, daxil olanlardan 103 min nəfər çoxdur. Bu, bütün ölkə əhalisinin təxminən 3 faizini təşkil edir.
Analitiklər deyirlər ki, iqtisadiyyat miqrasiya üçün əsas səbəb olaraq qalır, lakin müharibədən sonrakı digər problemlər və təhlükəsizlik məsələləri də rol oynayır.
Ermənistanın iqtisadiyyatı 2020-ci ildə 7,6 faiz kiçilib. İqtisadçı Hrant Mikaelyan maliyyə axınlarının ləng getdiyini, inflyasiyanın yüksək olduğunu bildirib:
 “Keçən il başlayan iqtisadi böhran insanları bütün əmanətlərini tükətməyə məcbur edib”.
Qeyd edək ki, insanların köçmə səbəbləri arasında övladlarının orduya səfərbər olunacağı qorxusu da var.

DİGƏR XƏBƏRLƏR

Top