ABŞ 20 aydan sonra ölkəyə girişə icazə verir


ABŞ Bakı vaxtı ilə saat 09:00-dan etibarən 20 aylıq səyahət qadağasına son qoyaraq iki doza peyvəndi olan xarici ziyarətçilərin ölkəyə girişinə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, ölkəyə gələn ziyarətçilər karantinə girmək məcburiyyətində qalmayacaqlar.
Yeni qaydalara əsasən, xarici ziyarətçilər uçuşdan əvvəl peyvəndə dair sübutu və 72 saat ərzində edilən COVİD-19 testi nəticələrini təqdim etməli olacaqlar.
Qeyd edək ki, qadağa COVID-19 epidemiyası müddətində keçmiş prezident Donald Tramp tərəfindən irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top