"İlk çayımı Xankəndinə baxan ən hündür təpənin başında içdim" - FOTOLAR


Azərbaycan əsilli tanınmış fotojurnalist Reza Deqati öz sosial media hesabında Şuşada içdiyi ilk və son çay barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, məşhur fotoqrafın sözlərinə görə, işğaldan azad olan Şuşada yenidən çay içmək onun hər zaman arzusu olub.  
“Mən 1992-ci ilin aprelində Şuşadan çıxanda Ermənistan silahlı qüvvələri tərəfindən şəhər mühasirəyə alındı ​​və snayperlərin atəşi altında çox çətin dağ keçidini piyada keçməli oldum. Üç dəfə məni vurmağa yaxınlaşdılar. Şəhərdən çıxmazdan əvvəl köməkçim və bələdçim olmuş döyüşçülərdən ikisi ilə son çay içmək istədim. Onlardan biri - Ramiz Qənbərov yüksək səviyyəli komandir olub. Sonradan bildim ki, o, döyüşdə şəhid olub və Milli Qəhrəman adını qazanıb. Mayın 8-də şəhər erməni hərbçilərinin əlinə keçdi. Nəhayət, noyabrın 8-də qazanılan qələbədən sonra dekabrın 28-də azad edilən şəhərə qayıtdım. İlk çayımı əsgərlərlə birlikdə Xankəndi şəhərinə baxan ən hündür təpənin başında içdim. İkinci Qarabağ müharibəsini lentə aldıqdan sonra ümid edirəm ki, indi daimi sülh olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top