Türkiyənin Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevi və Azərbaycan xalqını "Zəfər Günü" münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə səfirliyin tvitter hesabında paylaşım edilib:
" Azərbaycan torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr - Zəfər Günü münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevi, qəhrəman Azərbaycan ordusunu və xalqını təbrik edir, bu qələbəni hər kəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik”.