“Ermənistandan keçən hissəsini biz çəkək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı


“Üçtərəfli bəyanatda qeyd olunur ki, sərhədlərdə gömrük, pasport və fitosanitar keçid məntəqələri olmalıdır".
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın “İctimai” televiziyasına müsahibəsində ölkənin baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, həm mövcud yollarda, həm də çəkiləcək magistrallarda kommunikasiyanın açılması məsələləri müzakirə olunub:
“Üçtərəfli işçi qrup İcevan-Qazax, Horadiz-Yerasx (Arazdəyən), Horadiz-Mehri-Ordubad-Yerasx (Arazdəyən) məntəqələri üzrə bütün mümkün marşrutları qeyd edib. Bizim yanaşmamız belədir ki, Yerasx (Arazdəyən)-Ordubad-Mehri dəmir yolu xəttinin Ermənistan ərazisindən keçən hissəsini biz, Azərbaycan ərazisindən keçən hissəsini isə Azərbaycan çəksin. 2021-ci ilin 11 yanvar tarixində Rusiya baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə təsdiqlənən üçtərəfli bəyanatda qeyd olunur ki, sərhədlərdə gömrük, pasport və fitosanitar keçid məntəqələri olmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top