Ermənistan ordusunun hərbçisi ölüb


Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Qriqor Saakoviç Vardanyan xidmət zamanı ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, kiçik çavuş Qriqor Saakoviç Vardanyan noyabrın 7-də ölkənin şimal-şərqində yerləşən hərbi hissələrdən birində dünyasını dəyişib. Buna səbəb döyüş postunda silahdan istifadə qaydalarının pozulması nəticəsində açılan atəş olub.
20 yaşlı hərbçinin ölümü ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top