Gəncədə 2 aylıq körpə qız uşağı 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına “Körpələr Evinin” əməkdaşları tərəfindən gətirilib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, xəstəxandan körpənin müayinədən keçdiyi və hazırda vəziyyətinin normal olduğu bildirilib:
“O, suni qida alır, hər hansı bir xəstəliyi aşkarlanmayıb. Onun çəkisi 4 kiloqramdan artıqdır, boyu isə 58 santimetrdir. Körpənin “Uşaq Evinə” kimin təhvil verdiyi barədə isə məlumatımız yoxdur” - deyə xəstəxanadan bildirib.
Məlum olub ki, ana qız uşağını körpələr evinə verib.
***19:04
Gəncə şəhərində iki aylıq qız uşağı küçəyə atılıb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, körpə yerli vətəndaşlar tərəfindən tapılıb və 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.
Müayinə olunan körpəni hazırda vəziyyəti normaldır. O, suni qida alır, hər hansı bir xəstəliyi yoxdur. Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 santimetrdir.
Faktla bağlı araşdırmalara başlanılıb.