Bakıda sərnişin avtobusu velosipedçini və yaşlı qadını vurub - FOTOLAR


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə Aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, 141 saylı sərnişin avtobusu idarəetmədən çıxaraq əvvəlcə veelosipedçini, sonra isə təxminən 55-60 yaşlı qadını (hər ikisinin şəxsiyyətləri müəyyənləşdirilir-red) vurub. Nəticədə hər iki şəxs ağır xəsarətlər alıb.
Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top