İraqın Baş nazirinə sui-qəsd: İqamətgahı dronla atəşə tutuldu - Yaralılar var


Ötən gün axşam saatlarında İraqın baş naziri Mustafa əl-Kazımiyə içərisinə partlayıcı doldurulmuş pilotsuz uçan aparatla sui-qəsd olub.
Yeniavaz.com
“Reuters”a istinadla xəbər verir ki, baş nazirin Bağdadın möhkəmləndirilmiş Yaşıl zonasında yerləşən iqamətgahına endirilən zərbə nəticəsində əvvəlcə onun yaralandığı bildirilib. Lakin daha sonra İraq hökuməti baş nazirin salamat olduğunu, dron hücumu nəticəsində onun bir neçə mühafizəçisinin yaralandığını açıqlayıb.
 “Əl-Hadas” telekanalı baş nazirin 10 mühafizəçisinin yaralandığını, onun iqamətgahına maddi zərər dəydiyini xəbər verir.

DİGƏR XƏBƏRLƏR

Top