Əli Əliyevdən saxlanılması ilə bağlı açıqlama - VİDEO


Xəbər verdiyimiz kimi, Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu gün saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, o, daha sonra isə sərbəst buraxılıb və “Xural TV”nin canlı yayımında saxlanılması ilə bağlı danışıb. Partiya sədri istintaqı gedən cinayət işinin təfərrüatı ilə bağlı dindirildiyini deyib:
“Hələlik detallarını deyə bilmərik, yəqin ki, ictimailəşəcək. Araşdırma başlayıb, o araşdırmanın detalları soruşulurdu. Mən şahid qismində danışmışam”.
O, “qara maskalılar” tərəfindən saxlanılması ilə bağlı iddialara da münasibət bildirib:
“Qara maskalılar olmayıb. Mən binada olanda ancaq sayğılı münasibət görmüşəm. Özləri də deyiblər ki, sizi ziyalı kimi qəbul edirik. Dəvət olunmağımın səbəbi kimi yalnız aparılan cinayət işinin təfərrüatının aydınlaşdırılması göstərilib. Mən də o barədə bildiklərimin hamısını demişəm”.

 

DİGƏR XƏBƏRLƏR

Top