Gürcüstanda müxalifət hakimiyyətə 24 saat vaxt verdi


Müxalifət Gürcüstan hakimiyyətinə respublikanın eks-prezidenti Mixail Saakaşvilini vətəndaş klinikasına yerləşdirmək üçün 24 saat vaxt verib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, əks halda müxalifət nümayəndələri noyabrın 8-də Tbilisidə Azadlıq meydanında genişmiqyaslı mitinq keçirəcəklərini bildiriblər:
"Biz hakimiyyət orqanlarına 24 saat vaxt veririk ki, Saakaşvilini mülki xəstəxanaya aparsınlar. Mixail Saakaşvilini sağlamlığının və həyatının təhlükəsiz olacağı yerə aparın. 24 saat ərzində bunu etməsələr, biz Noyabrın 8-i bazar ertəsi, saat 20:00-da geniş mitinq keçirəcəyik”.
 

DİGƏR XƏBƏRLƏR

Top