Saakaşvilinin saxlandığı həbsxananın yaxınlığında etirazçılar çadırlar qurub


Gürcüstanın keçmiş liderinin cəza çəkdiyi Rustavi şəhərində cəzaçəkmə müəssisəsinin divarları yaxınlığında Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə dəstək aksiyasının iştirakçıları çadırlar qurmağa başlayıblar.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, etirazçılar gecəni həbsxana yaxınlığındakı çadırlarda keçirməyi planlaşdırırlar. Onlar deyirlər ki, Saakaşvili Ədliyyə Nazirliyinin təklif etdiyi kimi həbsxana xəstəxanasına deyil, mülki klinikaya yerləşdirilənə qədər evə getməyəcəklər. Aksiyada yüzlərlə adam iştirak edir.

 

DİGƏR XƏBƏRLƏR

Top