İtkin düşən 14 yaşlı yeniyetmə tapıldı - FOTO - YENİLƏNİB

Bakıda itkin düşən yeniyetmə tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
E.Hacıyev bildirib ki, bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı Alina Cavadova sinif yoldaşının yanında olub.
Yeniyetmə hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək.


***19:54
Bakıda 14 yaşlı Alina Cavadova itkin düşüb.

Bu barədə onun anası Oksana Cavadova məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 11:30 radələrində qızı taksi ilə Neftçilər metro stansiyası yaxınlığından evə Günəşli qəsəbəsinə göndərib.

Taksi sürücüsü onu Günəşlidə “Bravo” marketin yaxınlığında düşürüb, lakin Alina hələ də evə qayıtmayıb.

Alinanın əynində yaşıl gödəkçə, boz şalvar, qəhvəyi rəngli çəkmə olub. Təxmini boyu 160-162 santimetrdir.

Alinanın harada olması ilə bağlı hər hansı informasiyaya sahib olanlardan 050-389-16-69 (anası) nömrəsi ilə əlaqə saxlaması və ya yerli polis bölməsinə müraciət etməsi xahiş olunur.

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top