İlham Əliyev Kamboca kralına məktub göndərib


Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.

Yeniavaz.com xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər bundan sonra da dostluq məcrasında inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kamboca xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

DİGƏR XƏBƏRLƏR

Top